Hadisə

“Park Qusar” istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB məlumat yaydı

Qusar rayonunda yerləşən “Park Qusar” istirahət mərkəzində yanğın baş verib. TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Bugun.tv xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir. 1 nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir.
Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.
Bugün TV

Oxşar xəbərlər

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Mirasdan məhrum edildiyini düşünən şəxs uşaqlıq evini partlatdı

Aynur Camal

Qar uçqunu: 10 alpinist itkin düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu