Hadisə

Azərbaycan Ordusunun əsgəri özünü güllədi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlu özünü güllələyib. Onun dünən  odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bugun.tv xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Məlumata görə, Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən  hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb. İzahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

Bugün TV

Oxşar xəbərlər

Yeni Dehlidə hava çirklənməsi təhlükəli həddə yaxınlaşdı

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

İki sürətli qatar toqquşdu: ölənlərin sayı 64-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu