Baş xəbər

Yasin Hüseynzadə “Hüseyniyyun” qruplaşmasının üzvü olub

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən Yasin Hüseynzadə İranda fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasının üzvü olub.

Bugun.tv xəbər verirki, bu barədə onun həyat yoldaşı mediaya açıqlama verib.

“O, “Hüseyniyyun”un üzvü idi və Suriyada İran qüvvələrinin tərkibində Bəşər Əsədin xeyrinə döyüşüb”, – terrorçunun həyat yoldaşı bildirib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Yasin Hüseynzadə saxlanılıb.

Mənbə: Gunaz.tv

Bugün TV

Oxşar xəbərlər

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Aynur Camal

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu