Hadisə

Yol qəzasında həlak olan ailə üzvləri dəfn olundu

Bərdədə yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin 4 üzvü dəfn olunub.

Bugun.tv-nin xəbərinə görə, ailə üzvləri – Məhərrəm Baxşəliyev, həyat yoldaşı Xalidə Kərəmova, övladları İlkin Baxşəliyev və Məftunə Baxşəliyeva bu gün torpağa tapşırılıblar.

Qəza zamanı xəsarət alan ailənin kiçik övladı Fəridə Baxşəliyeva xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəza dünən Bərdə rayonu Kətəlparaq kəndi yaxınlığında baş verib.

“VAZ 2121” (“Niva”) və “Mercedes Benz” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər – Quliyev Ceyhun Arif oğlu (35 yaş), Baxşəliyev İlkin Məhərrəm oğlu (28 yaş), Kərəmova Xalidə İsa qızı (51 yaş), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (55 yaş), Baxşəliyeva Məftunə Məhərrəm qızı (25 yaş) ölüb.

22 yaşlı Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bugün TV

Oxşar xəbərlər

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Mirasdan məhrum edildiyini düşünən şəxs uşaqlıq evini partlatdı

Aynur Camal

Qar uçqunu: 10 alpinist itkin düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu