11 C
Baku
29 Mart 2026, 22:18
Baş xəbərDünya

“Biz bu məsələni təmkinlə izləyəcəyik”

Xarici Xəbərlər. 

İran XİN sözçüsü: “Bakı rəsmiləri İrandakı səfirliyinin fəaliyyətini dayandırmaq qərarına gəliblər. Biz bu məsələni təmkinlə izləyəcəyik”.

“Entekhab” saytının yazdığına görə, “Təəssüflər olsun ki, Azərbaycan hökumətinin səlahiyyətliləri İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq qərarına gəliblər” deyən İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib: “İslam Respublikası bu məsələyə təmkinlə baxacaq və ümid edirik ki, İran və Azərbaycan arasında əlaqələr dostluq və sevgi əsasında davam edəcək”.

Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisə ilə bağlı Nasir Kənani iddia edib ki, hadisə şəxsi motivlidir, polis qüvvələri və məhkəmə orqanları insidentin aspektlərini daha dəqiq araşdırır.

“İran İslam Respublikası təmkinli olmağın, tələskənlik və mühakimə yürütməkdən çəkinməyin zəruriliyinə inanır. Biz bu yöndə işi davam etdirəcəyik və ümid edirik ki, bu acı hadisədən sonra iki dost ölkə arasında münasibətlər daha çox təsirlənməyəcək”,-deyə o, əlavə edib. Mənbə: “Entekhab”

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu