Siyasət

Andrey Kostin: “Ukraynalıların deportasiyası Rusiya Federasiyasının soyqırımıdır”

Ukraynanın baş prokuroru Andrey Kostin Ukrayna vətəndaşlarının məcburi köçürülməsi ilə bağlı Rusiyanı soyqırımda ittiham edib.

Bugun.tv xəbər verir ki, baş prokuror bu barədə  Almaniyanın RTL və NTV telekanallarına müsahibəsində bildirib.

“Əgər biz Ukraynada soyqırımdan danışırıqsa, o zaman ukraynalıların və ukraynalı uşaqların məcburi deportasiyasından danışmalıyıq”, – Kostin bildirib. O xatırladıb ki, Rusiyanın Ukraynaya təcavüzü artıq bir ilə yaxındır ki, davam edir.

“Bu cür mesajlar təcavüzkarın yüksək rütbəli siyasətçiləri tərəfindən göndərildikdə, bu, sadəcə olaraq müharibə təbliğatı deyil, açıq-aşkar vəhşiliyə təhrikdir”, – o vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

D. Tramp V. Putinlə ticarət müqaviləsi bağladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu