6 C
Baku
25 Fevral 2026, 12:38
Baş xəbər

“Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Milli Məclisdə olublar

Fevralın 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb. Görüşdə deputatlar Emin Hacıyev, Jalə Əhmədova, Ramil Həsən və Könül Nurullayeva iştirak ediblər.

Tədbir iştirakçılarını Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən vitse-spiker Adil Əliyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. O, Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində qonaqların Azərbaycanın multikulturalizm ənənələri ilə yaxından tanış olacağını qeyd edərək, onlara Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan multikulturalizm ölkəsi olmaqla yanaşı, həm də dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dünyada idman ölkəsi kimi də tanınır.

Bugün TV

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu