26 C
Baku
10 Sentyabr 2026, 14:33
DünyaHadisə

Tacikistanda zəlzələ oldu

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Tacikistanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların episentri 10800 nəfər əhalisi olan Murqab qəsəbəsindən 66 km cənub-qərbdə yerləşib. Zəlzələnin mənbəyi yerin 20 km dərinliyində olub. Bundan əvvəl 7,1 bal gücündə olduğu bildirilirdi.

Bugun.tv  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çinin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatına görə, Pekin vaxtı ilə saat 08:37-də (Bakı vaxtı ilə 04:37) 7,2 bal gücündə zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, (Bakı vaxtı ilə 04:55-də) Murqabdan 46 km qərbdə 5,2 bal gücündə daha bir təkan qeydə alınıb.

 

Bugün TV

Oxşar xəbərlər

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Böyük Britaniyada yüzlərlə uçuş pozuldu: hava nəqliyyatında kiberhücum ehtimalı aradan qaldırıldı

Aynur Camal

ABŞ-da 20 ştat Tramp administrasiyasını məhkəməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu