Dünya

Timsah gənc oğlana hücum etdi

Hadisə Avstraliyanın Şimal ərazisində baş verib. Belə ki, daşqınların olduğu bölgədən insanların təxliyyəsi  zamanı timsah bir yeniyetməni  dişləyib. Gənc dərhal müalicə üçün yerli klinikaya aparılıb.

Qeyd edək ki, bir neçə gün öncə yağan güclü yağış Avstraliyanın Şimal ərazisində daşqınlara səbəb olub. Viktoriya çayının yuxarı hissəsi böyük daşqın səviyyəsinə çatdığından bu həftə dörd ucqar bölgə üçün fövqəladə vəziyyət elan edilib. Avstraliya Müdafiə Qüvvələri güclü yağışdan sonra daşqınların vurduğu  ərazilərə yardım etmək üçün çağırılıb.

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, Meteorologiya bürosu, Viktoriya çayının Kalkarindjidə 14 metr yüksəkliyə çatdığını, hazırda isə azaldığını söyləyib.

Bugün TV

Oxşar xəbərlər

“ABŞ–İran gərginliyi yenidən artdı: Vaşinqtonun məhdud zərbələri danışıqlar prosesinə təsir edir”

Aynur Camal

Britaniyada siyasi parçalanma dərinləşir: “The Guardian” seçkilərlə bağlı yeni təhlil yayımladı

Aynur Camal

Putinin mövqeyi zəifləyir: Rusiyada narahatlıq artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu