Siyasət

Koreya silahlı qüvvələri Şimali Koreyaya artilleriya atəşi açıb

Koreya Respublikasının silahlı qüvvələri Şimali Koreya ilə sərhəd yaxınlığında artilleriya atəşi həyata keçirib. Qərb cəbhəsindəki Qyeonqqi əyalətinin Paju şəhərindəki poliqona 40-a yaxın mərmi atıb”. Rəsmi Pxenyan bu hərəkətləri təxribat hesab edir.

Bugun.tv TASS-a istunadən xəbər verir ki, bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının bəyanatında deyilir.

“Bu, silahlı qüvvələrin cəlb olunduğu ciddi təxribatdır. Mövcud vəziyyəti daha da gərginləşdirir. Biz düşmən tərəfini demarkasiya xəttinə yaxın bu cür hərbi hərəkətlərə qarşı ciddi şəkildə xəbərdar edirik”,- qərargahın sözçüsü deyib.

O, əlavə edib ki, Cənubi Koreya ərazisinə atəş açıldıqdan dərhal sonra, Şimali Koreyalı artilleriyaçılara atəş hazırlığını saxlamaq və düşmənin hərəkətlərinə nəzarət etmək əmri verilib. Şimali Koreya ordusu həmçinin müşahidə və zenit müdafiəsini gücləndirmək üçün tədbirlər görüb.

Bugün TV

Oxşar xəbərlər

Demokratlar Konqresin hər iki palatasına nəzarəti ələ keçirdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp üçün “topal ördək” mərhələsi başlaya bilər

Aynur Camal

ABŞ Myanma ilə sülh danışıqlarını nadir torpaq elementlərinə çıxışla əlaqələndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu