Siyasət

Lavrov: “Səudiyyə Ərəbistanı ilə əməkdaşlığımıza başqa qüvvələr kölgə sala bilməz”

Rusiya və Səudiyyə Ərəbistanı arasında enerji sektoru da daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlıq bazar konyukturasının dəyişməsindən asılı deyil”.

Bugun.tv xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud ilə görüşdən sonra mətbuat konfransında bildirib.

O, TASS-ın Ukrayna ətrafındakı vəziyyətin iki dövlət arasında enerji əməkdaşlığına necə təsir etməsi ilə bağlı sualını cavablandırarkən belə cavab verib:

“Səudiyyə Ərəbistanı ilə istər enerji sektorunda, istərsə də bir çox digər sahələrdə əməkdaşlığımıza başqa qüvvələr kölgə sala bilməz”.

Lavrov əlavə edib ki, Moskva və Ər-Riyad, ilk növbədə, OPEC+ sazişlərinin bir hissəsi kimi mövcud razılaşmalara sadiqliklərini təsdiqləyiblər.

“Müqavilə bu ilin sonuna qədər tam qüvvədə qalır. Bundan sonra OPEC+ qrupunun üzvləri vəziyyəti nəzərdən keçirəcək və yeni qərarlar qəbul edəcəklər”, – Lavrov bildirib.

Bugün TV

Oxşar xəbərlər

Trumpın təyyarəsi Çinə endi: Şi Cinpinqlə kritik görüş başlayır

Aynur Camal

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu