Image default
Baş xəbərSosial

Azərbaycan azad edilmiş ərazilərin yenidən qurulmasında beynəlxalq əməkdaşlığa açıqdır – Sultan Hacıyev

BMT, Dünya Bankı və Avropa Şurası azad edilmiş ərazilərin bərpa və yenidən qurulması prosesində Azərbaycanın ilkin mərhələdə əldə etdiyi nəticələri yüksək qiymətləndirir. Azərbaycan bu işlərdə əsasən daxili imkanlarından istifadə etməkdədir, eyni zamanda, beynəlxalq əməkdaşlığa da açıqdır.

Bugun.tv-nin məlumatına görə, bu barədə Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının əməkdaşı Sultan Hacıyev deyib.

Məsləhətləşmələrdə minatəmizləmə işlərinin də müzakirə edildiyini və bu problemin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu söyləyən S.Hacıyev bildirib ki, tədbir iştirakçıları Ağdama gələrkən yolboyu azad olunmuş ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsinin, o cümlədən minatəmizləmə işlərinin şahidi oldular: “Bu gün Ağdamda faciə baş verib, 2 vətəndaşımız minaya düşərək həlak olub. Bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı”.

Sultan Hacıyev, həmçinin qeyd edib ki, BMT nümayəndələri ilə məsləhətləşmələr davamlı həyata keçirilir. “Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xatakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha səmərəli olmasına şərait yaradacaq”, – deyə o əlavə edib. Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Qənirə Paşayevanın Türkiyə sevgisini əks etdirən sözləri yenidən gündəmdə

Aynur Camal

Siyasi ekspert: Ukrayna ordusundakı daxili ziddiyyətlər müharibənin gedişinə mənfi təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu