Baş xəbərSiyasət

İ.Əliyev: “Qarabağda qanunsuz erməni birləşmələri və cinayətkarlar qalır”

“Ermənistanı 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatı kobud şəkildə pozur və buna görə məsuliyyəti öz üzərinə götürməlidir”.

Bugun.tv xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə toplantısında deyib.

“Ermənistan 2022-ci ildə Praqada və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanısa da, hələ də qoşunlarını Azərbaycan ərazilərindən tam çıxarmayıb. Qarabağda qanunsuz erməni birləşmələri və cinayətkarlar qalır. Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən də yayınır”,- Əliyev əlavə edib.

O, həmçinin qeyd edib ki, Ermənistanın ölkə ərazisini işğal etməsi nəticəsində Azərbaycan dünyada minalara ən çox məruz qalan ölkələr sırasındadır.

“İkinci Qarabağ müharibəsindən bəri, yəni 2020-ci ilin noyabr ayından indiyədək 300-ə yaxın azərbaycanlı minalardan həlak olub və ya ağır yaralanıb”, – deyə Prezident əlavə edib.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Putinlə razılaşmaları Ukraynaya təzyiqləri artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu