26 C
Baku
10 Sentyabr 2026, 16:40
Siyasət

Qazaxıstanda parlament seçkilərinə start verildi

Bugun.tv xəbər verir ki, Qazaxıstanda parlament seçkilərinə start verilib.

Astana vaxtı ilə səhər saat 08:00-a Qazaxıstanda və xaricdə ölkə parlamentinə və yerli nümayəndəlik orqanlarına seçkilər üçün 10 mindən çox seçki məntəqəsi açılıb.

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev və baş nazir Əlixan Smailov artıq səs verib.

Seçicilər Qazaxıstanda rəsmi qeydiyyatdan keçmiş bütün yeddi siyasi partiyadan birini seçəcəklər: ən böyük Amanat partiyası, Auyl Xalq Demokratik Vətənpərvər Partiyası, Respublika, Qazaxıstan Xalq Partiyası, Yaşıllar Partiyası ‘Baytaq’, Aq Jol Demokratik Partiyası və Ümummilli Sosial Demokrat Partiyası.

Seçkilər qarışıq sistemlə keçirilir: deputatların 70%-i partiya siyahısı sistemi ilə, 30%-i isə birmandatlı dairələr üzrə seçilir. Seçki həddi yoxdur.

Mənbə:TASS

Aynur Camal

Oxşar xəbərlər

Kiyevdə ərzaq qıtlığı və qiymət artımı təhlükəsi artır

Aynur Camal

Tramp-Putin telefon danışığı Ukrayna ilə bağlı yeni planın işarəsidir – ekspert

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu