Mədəniyyət

Şəki Dövlət  Dram Teatrı bayram günlərində uşaqları sevindirməyi davam edir.

 Şəki Dövlət Dram Teatrında  Novruz bayramı ərəfəsində və tətil günlərində uşaqları sevindirmək və onların maraqlı bayram günləri keçirmələri üçün “Baharın xilaskarları” adlı nağıl-tamaşanın seansları davam edir.

 Müəllifləri Elvin Nuri və Hüseyn Hüseynli olan nağıl-tamaşada Bahar qızın xeyirxah dostlarının  köməyi  sayəsində şər qüvvələrin əlindən xilas edilməsindən bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir. 

    Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aydın Əlibalayev, Nərmin Nəbiyeva, Qurban Rəsulov, Rəşad Rüstəmov, Lalə Məmməd, İlkin Rüstəmov, Arzu Əmirxanqızı və digərləri ifa edirlər. 

 Qeyd edək ki, teatrda Novruz şənlikləri mart ayının 18-də başlayıb və martın 26-dək davam edəcək. 

Oxşar xəbərlər

Polad Bülbüloğlundan Tünzalə Ağayevaya özəl təşəkkür: “Ona çox minnətdaram” – VİDEO

Aynur Camal

CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirildi

Aynur Camal

Azərbaycanlı alim Seymur Nəsirov Seneqal səfirliyi tərəfindən təltif olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu