Baş xəbərDünya

Ukrayna: “Rusiya bir gündə 50 hava, 11 raket hücumu təşkil edib”

Rusiya son sutka ərzində Ukraynaya 50 hava və 11 raket hücumu həyata keçirib.

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.

“Rusiya çoxbarrelli raket sistemləri ilə əsgərlərimizin mövqelərinə və yaşayış məntəqələrinin mülki infrastrukturuna 75 hücum həyata keçirib. Nəticədə dinc sakinlər həyatını itirib”, – deyə məlumatda qeyd olunub.

Açıqlamada Rusiya qüvvələrinin Liman, Baxmut, Avdiyivka, Marinka və Şahtersk istiqamətlərində hücumlarını intensivləşdirdiyi deyilib.

“Ukrayna Hərbi Hava Qüvvələrini son sutkada rus əsgərlərinin cəmləşdiyi bölgələri 17 dəfə vurub. Əsgərlərimiz düşmənin Mi-24 helikopterini və 6 pilotsuz təyyarəsini zərərsizləşdirib”,- bildirilib.

Qeyd olunub ki, Ukraynanın raket və artilleriya bölmələri Rusiyanın 2 komanda məntəqəsini, 2 zenit-raket kompleksini, 1 sursat tərkibini və 2 elektron döyüş məntəqəsini məhv edib.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən maraqlı velosiped yolu: Suyun içindən keçir

Aynur Camal

Alimlərdən 2026 FIFA Dünya Kuboku ilə bağlı ciddi xəbərdarlıq

Aynur Camal

Putinin müəllimi onun məktəb illərindən danışdı: “O həmişə fərqlənirdi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu