Baş xəbərDünya

“The Wall Street Journal”: “Rusiya İrana kiberavadanlıq ötürür”

İran Rusiyadan kiber məkanda müşahidə və senzura, fotoqrafiya avadanlıqları, dinləmə cihazları və yalan detektorları texnologiyaları alır. Bu haqda “The Wall Street Journal” nəşrinin yazısında deyilir.

Məqalə müəllifi iddia edir ki, İran və Rusiya iki il öncə kiberəməkdaşlıq haqqında saziş imzalayıb.

Qeyd olunur ki, əvvəllər Rusiya qaranlıq şəbəkədə (darknet) istifadəsi səbəbindən İrana kiber hücum texnologiyaları verməkdən ehtiyat etsə də, Ukraynada xüsusi əməliyyat başlayandan sonra vəziyyət dəyişdi və Moskva bu texnologiyanın proqram təminatını ötürməyə başladı.

Toronto Universitetinin Citizen Lab mərkəzinin araşdırmasına görə, İran Rusiyanın “Protey” şirkətindən internet senzura proqramlarını alıb və İranın mobil rabitə provayderi “Ariantel”ə verib.

Bundan əlavə, bildirilir ki, İran hakimiyyəti daxili etirazlar zamanı internet trafikini ləngidib və etirazçıların axtarışı və saxlanması üçün müşahidə sistemlərindən istifadə edib.

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu