Baş xəbərDünya

İsrail kosmosa casus peyki buraxıb

İsrailin aerokosmik sənayesi və İDF (Israel Defense Forces) “gücləndirilmiş qabiliyyətli” radar müşahidə peyki olan “Ofek 13”-ü uğurla orbitə çıxarıb.

Bugun.tv xəbər verir ki, buraxılışdan bir neçə saat əvvəl Ben Qurion hava limanında uçuş və eniş dəhlizləri dəyişdirilib. Yer ətrafında orbitə çıxdıqdan sonra peyk onun bütövlüyünü və performans səviyyəsini yoxlamaq üçün nəzərdə tutulmuş bir sıra sınaqlardan keçəcək.

Qeyd edək ki, bu, İranı izləmək kimi uzaq hədəflərin kəşfiyyatı üzərində işləyən ilk İsrail casus peyki deyil. İsrailin ilk müşahidə peyki Ofek-1 19 sentyabr 1988-ci ildə orbitə buraxılıb.

Mənbə: Newsİsrael

Aynur Camal

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Payızda yorğunluq və yuxululuq niyə artır? Mütəxəssislər səbəbləri açıqlayır

Aynur Camal

Rusiya dörd Avropa ölkəsindən olan şirkətlərin aktivlərini idarəetməyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu