DünyaSiyasət

Bayden sanksiyaları daha bir il uzatdı

Bugun.tv xəbər verir ki, prezident Co Bayden ABŞ-a qarşı iddia edilən kiberhücumlara görə milli fövqəladə vəziyyəti və sanksiyaları daha bir il uzadıb.

“Bu zərərli kiber-aktiv fəaliyyətlər ABŞ-ın daxili və xarici siyasəti, iqtisadiyyatı üçün təhlükə törətməkdə davam edir. Buna görə də 2015-ci il aprelin 1-də elan edilmiş milli fövqəladə vəziyyət 2023-cü il aprelin 1-dən sonra da qüvvədə qalmalıdır”, – sənəddə deyilir.

“Buna görə də  mən 13694 saylı İcra Sərəncamında elan edilmiş milli fövqəladə vəziyyəti bir il davam etdirirəm”,- Bayden qeyd edib.

Ağ Evin məlumatına görə, ABŞ prezidentinin 13757 saylı Sərəncamı ilə tətbiq edilən tədbirlər də qüvvədə qalacaq. Sanksiyalar xüsusilə Rusiyanı hədəf alır.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Qlobal istiləşmə ilə əlaqələndirilən qeyri-adi sürüşmələr aşkarlandı

Aynur Camal

Buzda donan qurbağalar yenidən canlandı

Aynur Camal

Çindəki təbii yanğınların tüstüsü Rusiyanı bürüdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu