Baş xəbərSosial

İdxal olunan ərzaqlıq kartof məhsulunda zərərverici aşkarlanıb  

AQTA əməkdaşları tərəfindən Gürcüstan Respublikasından “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə aşkar edilib.

AQTA facebook səhifəsində paylaşdığı məlumatda bildirib ki, faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

Aynur Camal

Oxşar xəbərlər

Ankarada Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirildi

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Autizmli uşağa qarşı zorakılıq ciddi nəzarət tələbini gündəmə gətirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu