12 C
Baku
18 Fevral 2026, 18:22
Dünyaİqtisadiyyat

Belçika hökuməti Aİ-nın binasını satın almaq istəyir

Belçika hökuməti Avropa İttifaqının (Aİ) Brüsseldə boşaltmaq istədiyi strukturları almaq üçün 1 milyard avro təklif edib.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.

Bildirilir ki, Belçika hökuməti 2030-cu ilə qədər Brüsseldəki ofislərinin yarısını boşaltmağı planlaşdıran Aİ-nın daşınmaz əmlakını almaq istəyir.

Komissiya Brüsselin AB regionunda ofis sahəsi 350 min kvadratmetr olan 23 bina satmağı planlaşdırır. Gedən danışıqlarda Belçika bunun üçün 1 milyard avro təklif edib.

Binalar alınarsa, Brüsseldə yeni kommersiya sahələri və mənzil layihələri də daxil olmaqla, planlar hazırlanacaq.

Qeyd edək ki, komissiya köhnə binalarını tərk etməyi və bəzi ofislərini Brüsselin Şimal bölgəsinə köçürməyi planlaşdırır.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Starmer və Trump Rusiyanın müharibə və İran məsələsini müzakirə etdilər

Aynur Camal

ABŞ–İran nüvə danışıqlarında “irəliləyiş” açıqlaması verilib

Aynur Camal

BMT: Qəzzaya humanitar çıxış hələ də kifayət deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu