DünyaSiyasət

Putin Rusiyanın iki ölkədəki səfirini vəzifəsindən azad etdi

Prezident Vladimir Putin Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilməsi haqqında fərman imzalayıb.

Bugun.tv xəbər verir ki, sənədlər hüquqi informasiyanın rəsmi saytında dərc olunub.

Vanin 2021-ci ilin sentyabrından Rusiyanın Latviyadakı diplomatik missiyasına rəhbərlik edir. Lipayev isə 2021-ci ilin dekabrından Rusiyanın Estoniyadakı səfiridir.

Xatırladaq ki, Lipayev fevralın əvvəlində ölkəsinin Estoniyanın hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətləri kəsdikdən sonra Tallini tərk edib.

Estoniya Rusiya xüsusi hərbi missiyasının başlamasından bəri Rusiya ilə ikitərəfli münasibətləri minimuma endirib.

Qeyd edək ki, Latviya Estoniya ilə həmrəy olaraq, yanvarın 23-də Rusiya ilə diplomatik münasibətləri azaltmağı seçdi.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

BMT xəbərdarlıq etdi: Heyvandarlıqda antibiotik istifadəsi 15 ildə üçdəbir arta bilər

Aynur Camal

Tramp: Müctəba Xamenei ilə görüşəcəyəm

Aynur Camal

Təyyarəni meşəyə gətirib evə çevirdi: 20 ildir Boeing 727-də yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu