DünyaSiyasət

“Sülhün qurulmasında Çinin böyük rolu var”

“Mən əminəm ki, Çin sülhün qurulmasında böyük rol oynamalıdır. Bunu müzakirə etmək, irəliləmək üçün gəlmişəm. Prezident Si Cinpinq ilə biz həmçinin biznesimiz, iqlim və biomüxtəliflik və ərzaq təhlükəsizliyi haqqında danışacağıq”.

Bugun.tv xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Twitter-də yazıb.

Qeyd edək ki, Makron  Çində rəsmi səfərdədir. Bu, Fransa prezidentinin 2019-cu ilin payızından bəri Çinə ilk gəlişidir. Makron Ukrayna münaqişəsini və Fransa ilə Çin arasında ikitərəfli əlaqələri, xüsusən də iqtisadiyyat sahəsində müzakirə etməyi planlaşdırır. Fransa lideri deyib ki, Çin Rusiya ilə yaxşı münasibətlərinə görə Ukrayna ətrafındakı vəziyyətdə mühüm rol oynaya bilər.

Yelisey Sarayından verilən məlumata görə, Makronun səfərinin rəsmi proqramı sabah başa çatacaq.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

İran və Rusiya idmançılar, iş adamları və yük maşını sürücüləri üçün viza qaydalarını asanlaşdırır

Aynur Camal

Uşağın məktəb rejiminə uyğunlaşmasına necə kömək etməli?

Aynur Camal

Çimərlikdə ildırım vurması nəticəsində ölüm halı yaşandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu