18 C
Baku
27 Aprel 2026, 13:35
Baş xəbərSosial

Məktəblərdə “Narkomaniyaya yox deyək” təbliği davam etdirilir

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qarabağlı kənd 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüş keçirilib.

Bugun.tv-yə gələn məlumata əsasən, görüşdə polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. Şöbə rəisi bildirib ki, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Bu cür halların qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür və gəncləri bu maddələrin qurbanına çevrilməsində əsas rolu oynayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.

Daha sonra digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu