Image default
Baş xəbərDünya

İordaniya İsrail hökumətini günahlandırdı

“İsrail hökuməti Fələstin ərazilərindəki gərginliyə görə məsuliyyət daşıyır. İşğal altındakı Qüds və İordan çayının qərb sahilindəki gərginlikdə İsrail hökumətini günahkardır”- bu barədə İordaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilib.

Açıqlamada İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya təşkil edilən sıx basqınlar pislənilib. Sözügedən basqınların Məscidül-Əqsanın tarixi və hüquqi statusunu pozduğu vurğulanıb.

Bəyanatda fikirlərinə yer verilən Xarici İşlər Nazirliyinin sözçüsü Sinan əl-Məcali, 144 hektar ərazisi ilə Məscidül-Əqsanın yalnız müsəlmanların ibadət etdiyi bir yer olduğunu vurğulayıb.

“Əqsa və bu mübarək günlərdə namaz qılanlara çətinlik törətmək də məsuliyyət daşıyır”- deyən Məcali eyni zamanda, İsrailin Qüdsdə işğalçı dövlət olaraq beynəlxalq hüquq çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu, Məscidül-Əqsa və Qüdsdəki digər müqəddəs yerlərə qarşı pozuntulara yol verilməməsi ilə bağlı xəbərdarlıq edib.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu