Daxili İşlər Nazirliyi məlumat yaydı
Baş xəbərKriminal

DİN-in mətbuat xidməti məlumat yaydı

Bugun.tv xəbər verir ki, son 2 sutka ərzində ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər isə saxlanılıb.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya-Ukrayna danışıqları pozula bilər

Aynur Camal

816 kiloqramlıq nəhəng kitab Ginnesin rekordlar kitabına düşdü

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu