Sinoptiklər
Baş xəbərSosial

Aprelin 13-də gözlənilən hava şəraiti

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə, havanın temperaturu gecə 9-13°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 6-11°, gündüz 15-20° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Kabab soyuducuda nə qədər saxlanıla bilər?

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu