Dünyaİqtisadiyyat

İşçilər şirkətə etiraz etdilər

Bugun.tv xəbər verir ki, hadisə İspaniyada yaşanıb. Sevilyada “Amazon” şirkətinin böyük logistika anbarında çalışan 1500-ə yaxın işçi rəhbərliyə etiraz edərək tətilə çıxıbar. Onlar buna sağlamlıq, iş və əmək haqqı şəraitinin lazımınca yerinə yetirilməməsini səbəb göstəriblər.

Bu barədə Ümumi İşçilər İttifaqı məlumat verib.

Bildirilib ki, “Amazon” şirkəti Sevilyadakı anbarında bazar və bayram günlərində işləmək üçün əlavə iş saatını dəyişib. Bunun nəticəsində fəhlələr ildə 2000 avro itki verib.

Həmkarlar ittifaqı iddia edir ki, hətta şirkət iş qəzalarını da tanımır.

Qeyd edək ki, İspaniyadakı anbarlarında 20 minə yaxın işçisi olan “Amazon”, 2025-ci ilin sonuna qədər bu rəqəmi 25 minə çatdırmağı planlaşdırır.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu