5 C
Baku
18 Fevral 2026, 9:03
Baş xəbər

Sabahın hava proqnozu

Hava haqqında

Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda arabir yağıntılı bəzi yerlərdə də arabir duman olacağı ehtimalı var. Bəzi şərq rayonlarında isə şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 16-21°, bəzi yerlərdə 23-25° isti, dağlarda gecə 0-5°, gündüz 7-12°, bəzi yerlərdə 16° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov Ramazan ayının hikmət və fəzilətlərindən danışdı

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu