Baş xəbərSosial

Bayramla bağlı məktəblərdə tətil günləri açıqlandı

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.

Bugun.tv Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xəbər verir ki, 2023-cü il aprel ayının 21 və 22-ci günləri Ramazan bayramı günləri müəyyən edilib.

Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, 2023-cü il aprel ayının 21-24-ü iş günləri hesab edilmir.

Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu