13 C
Baku
26 Mart 2026, 13:37
DünyaHadisə

Hicaba görə başlayan davada bir qadın öldü

Bugun.tv-nin əldə etdiyi məlumata görə, hadisə İranda baş verib. Bununla bağlı sosial mediada görüntülər paylaşılıb.

Belə ki, Kirman əyalətində bir qadına hicabını düzgün taxmadığı barədə  xəbərdarlıq edilib. Daha sonra mübahisə yaranıb.

Kirman vilayətinin valisi Əli Babayi mövzu ilə bağlı açıqlama verib.

“Mahan rayonunda şəxsi səbəblərdən çıxan davada bir neçə nəfər yaralanıb. Təəssüf ki, 59 yaşlı qadın ürək tutması nəticəsində dünyasını dəyişib”,- o bildirib.

Babayi davada iştirak edənlərin tutulduğunu, məsələ ilə bağlı araşdırmalara başlanıldığını deyib.

Qeyd edək ki, mübahisə 2020-ci il yanvarın 3-də ABŞ-ın İraqın paytaxtı Bağdadda həyata keçirdiyi hücumda ölən Qüds Qüvvələrinin komandanı Süleymaninin məzarını ziyarətə gələnlərlər arasında baş verib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Frederiksen səs itirdi, hökumətin taleyi qeyri-müəyyən qaldı

Aynur Camal

İtaliyada məhkəmə islahatı ilə bağlı referendum başlayıb

Aynur Camal

Nikolás Maduro ABŞ-ı müdafiəsinə mane olmaqda ittiham edərək məhkəməyə verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu