Dünya

Prezident COVID-19 səbəbilə huşunu itirdi

Bugun.tv xəbər verir ki, söhbət Meksika prezidenti Andres Manuel Lopez Obradordan gedir. O, görüş zamanı COVID-19 səbəbilə ani olaraq huşunu itirib.
Milli Saray tərəfindən yayılan videomüraciətdə Obrador səhhəti ilə bağlı açıqlamalar verib.

O, vəziyyətinin yaxşı olduğunu və təcili yardım helikopteri ilə paytaxt Mexikoya aparılarkən xərəklə getmədiyini vurğulayıb.

Evində karantində olduğunu ifadə edən Obrador, sağlamlığına qovuşana qədər daxili işlər naziri Adan Augusto Lopez Hernandez tərəfindən gündəlik mətbuat konfransları keçiriləcəyini söylədi.

Qeyd edək ki, 2021-ci ildən bəri iki dəfə COVID-19-a yoluxan 69 yaşlı Obrador 2013-cü ildə infarkt, 2022-ci ildə hərbi xəstəxanada ürək kateterizasiyası keçirib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Bu gün Pakistanın Müdafiə Günüdür

Elnarə Dərziyeva

Alimlər qocalmanın təsirlərini azaltmağa ümid verən dəniz canlısı maddəsi aşkarlayıblar

Aynur Camal

Tramp mal ətinin mənşə ölkəsinin etiketlənməsi ilə bağlı sərəncam imzalayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu