DünyaSiyasət

Hindistan vətəndaşları Sudandan təxliyə edildi

İndiyədək 2400 Hindistan vətəndaşı Sudandan təxliyə edilib.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada təxliyə edilən vətəndaşların Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəldiyi bildirilib.

“Evakuasiya əməliyyatı davam edir. 231 nəfər sağ-salamat evlərinə çatdı, başqa bir təyyarə isə Yeni Dehliyə gəldi”, – Hindistanın  xarici işlər naziri Subrahmanyam Jaishankar deyib.

Təyyarədən enən vətəndaşlar baş nazir Narendra Modi və Caişankara onları təxliyyə etdikləri üçün təşəkkür ediblər.

Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar baş verib. Toqquşmalar nəticəsində yüzlərlə  dinc sakin həyatını itirib. Atəşkəs elan olunmasına baxmayaraq, qarşıdurmalar hələ də davam edir.

Mənbə:TRT haber

Bugün TV

Oxşar xəbərlər

Alimlər gələcəkdə pis xatirələrin aradan qaldırılması imkanını araşdırırlar

Aynur Camal

Payızda niyə daha çox yemək istəyirik? Psixoloq səbəbləri açıqladı

Aynur Camal

“Flydubai” reysində faciənin qarşısı sərnişinlərin müdaxiləsi ilə alınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu