26 C
Baku
22 Sentyabr 2026, 19:33
Baş xəbərDünya

Ankara Moskvadan S-400 aldı

Ankaranın Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemi heç bir təhlükə daşımır.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, sistem yararlıdır və yalnız hücum zamanı istifadə olunacaq.

“S-400-ün hazırlanması, saxlanması, istifadəsi və daşınması üzrə işlər yerinə yetirilib. Hazırda hər şey istifadəyə hazırdır. Bu, müdafiədir. Sistem heç bir təhlükə daşımır və Türkiyəyə hücum olunmayana qədər də olmayacaq”, – nazir bildirib.

O, söyləyib ki, ABŞ Türkiyəyə hava hücumundan müdafiə sistemi satmaqdan imtina etdikdən sonra Ankara Moskvadan S-400 alıb.

Mənbə: “Habertürk”

Bugün TV

Oxşar xəbərlər

Lavrov: Qərb mediası Rusiya dronları ilə bağlı informasiya oyunu aparır

Aynur Camal

Norveçdə 4 min illik uşağın qalıqları alimlərə yeni məlumat verə bilər

Aynur Camal

Buzlu peyklərdə nəhəng toqquşmalar səthaltı okeanları təhlükə altına sala bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu