15 C
Baku
22 Mart 2026, 18:56
Baş xəbərDünya

Ernesto Çe Qevaranı ələ keçirən general öldü

Bugun.tv xəbər verir ki, 1967-ci ildə Boliviyada Ernesto “Çe” Qeveranı ələ keçirən istefada olan general Qari Prado Salmon 84 yaşında vəfat edib.

1967-ci ildə Çe Gevaranın ələ keçirilməsindən sonra Boliviya Konqresi tərəfindən “qəhrəman” elan edilən Salmon ölkənin şərqindəki Santa Cruz de la Sierra xəstəxanasında dünyasını dəyişib.

Atasının ölüm xəbərini sosial şəbəkədə təsdiqləyən Qari Prado Arauz, “Tanrı indicə atamı öz səltənətinə çağırdı, o, bizə sevgi, dürüstlük və cəsarət mirası qoydu. O, qeyri-adi bir insan idi” ifadələrini işlədib.

1981-ci ildə təsadüfi güllə nəticəsində onurğası iflic olan Salmon 1988-ci ildə ordudan təqaüdə çıxıb.

Xatırladaq ki, Boliviyada Çe Gueveranı öldürən Boliviya əsgəri Mario Teran Salazar da 2022-ci il martın 11-də 80 yaşında vəfat edib.

Məlumata əsasən, Argentinalı kommunist partizan Çe Guevera 1967-ci il oktyabrın 9-da ordu və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) birgə əməliyyatı ilə Boliviyada əsir götürüldü və La Pazdan təxminən 800 kilometr aralıda yerləşən La Higuera kəndindəki məktəbdə edam edildi.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyada 2,1 milyard insan təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Aynur Camal

Aİ Rusiya neftindən imtinanı təxirə sala bilər – səbəb Yaxın Şərqdə gərginlik

Aynur Camal

Xamenei: ABŞ və İsrail İranda hakimiyyətin devriləcəyini düşünməklə səhv edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu