DünyaHadisə

Nəsli tükənməkdə olan delfinlərin axtarışına başlanıldı

Meksika nəsli kəsilməkdə olan delfinlərin axtarışına başlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, ABŞ, Kanada və Meksikadan olan mütəxəssislər kiçik delfinləri tapmaq üçün durbin, istiqamətləndirici cihazlar və akustik monitorlardan istifadə edəcəklər.

Qeyd olunub ki, axtarışlar mayın 10-27-də sözügedən canlıların yaşadığı yeganə yer olan Kaliforniya körfəzində aparılacaq.

Qeyd edək ki, “Sea Shepherd” şirkəti qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində işlər görür. “Sıfır dözümlülük” zonası kimi tanınan ərazidə balıq ovuna icazə verilməsə də, burada qeyri-qanuni balıqçı qayıqlarına çox rast gəlinir.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Aİ-də miqrantlarla bağlı ən sərt qaydalar gündəmdədir

Aynur Camal

UNESCO irsi olan kəndi qoyunlar “ələ keçirdi” – təcili çoban axtarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu