Baş xəbərİdman

Atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli oldu

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023”ün ilk mükafatçıları bəlli olub.

Azərbaycan Atıcılıq Federasiyasından Bugun.tv -yə bildirilib ki, ilk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.

Səkkiz idmançının final medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Robin Valter tutub. O, mərhələni 217.6 xalla başa vurub.

Gümüş medalı Ukrayna təmsilçisi Oleq Omelçuk əldə edib. O, 239.8 xal qazanıb.

Yarışın qalibi isə iranlı Sajad Purhüseyni olub. 240.2 xal toplayan idmançı rəqibini 0.4 xalla qabaqlaya bilib.

Azərbaycan təmsilçisi Ruslan Lunyov bu yarışa qatılsa da, finala yüksələ bilməyib.

Qeyd edək ki, bu gün, həmçinin qadınlar arasında da 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın qalibi bəlli olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Dünya Kuboku festivalı hava şəraitinə görə dayandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu