Baş xəbərDünya

Prezident ruslar üçün üç aylıq viza tətbiq etməyə çağırdı

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hökumətini ruslar üçün üç aylıq viza rejimi yaratmağa çağırıb. Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

“Hökumətə səslənirəm, öz mövqeyini bildirmək, Təhlükəsizlik Şurası ilə açıq görüşmək və üç aylıq vizaların tətbiqini müzakirə etmək vaxtıdır, hətta daxili çağırışları da nəzərə almaq lazımdır”, – deyə siyasətçi bildirib.

Günün əvvəlində o, Ukrayna münaqişəsi səbəbindən Rusiya Federasiyasının Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsinin qəbuledilməz addım olduğunu bildirib.

Rusiya lideri Vladimir Putinin bu gün dərc edilmiş fərmanına əsasən, Rusiya Federasiyası mayın 15-dən Gürcüstanla viza rejimini ləğv edir. Rusiya liderinin daha bir fərmanı Rusiya aviaşirkətlərinə ölkəyə uçuş və tur satmaq qadağasını aradan qaldırır. Rusiya aviaşirkətləri həftədə yeddi dəfə Moskvadan Tbilisiyə və əks istiqamətdə uçuşlar həyata keçirəcək.

Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti 2019-cu ilin yayında Gürcüstanla sərnişin uçuşlarına müvəqqəti qadağanın tətbiqi haqqında fərman imzalayıb. Qərar Tbilisidə keçmiş kütləvi etirazlar fonunda qəbul edilib. Şəhərdə Gürcüstandakı rusların təhlükəsizliyini təhdid edən iğtişaşlar başlayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu