Telegram
Baş xəbərKriminal

“Telegram”da kriptovalyuta adı ilə vətəndaşları aldadan şəxs yaxalandı – VİDEO

Bugun.tv xəbər verir ki, “Telegram”da insanları kriptovalyuta alqı-satqısıhəyata keçirmək adı altında aldadan və onların kart məlumatlarınıələ keçirərək hesablardakı pulları oğurlayan şəxs saxlanılııb

Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxs “telegram” mesajlaşma sistemində elanlar yerləşdirərək, istifadəçilərə beynəlxalq maliyyə birjalarında kriptovalyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə edəcəklərini deyib. Vətəndaşlara qarşı onun bu dələduzluq əməli ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qanunazidd hərəkətləri törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elçin Novruzzadə saxlanılıb.

Saatlı rayon sakini Elçin Novruzzadə
Saatlı rayon sakini Elçin Novruzzadə

Müəyyən edilib ki, o xaricdən idarə olunan həmin “telegram” profillərinin müxtəlif ölkələrdə yaşayan adminləri ilə cinayət əlaqəsinə girib. Pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə, artan xətt üzrə pul qazanacaqları barədə yalan vədlər verib.

Elçin Novruzzadə, həmçinin 20-yə yaxın zərərçəkənin bank kartlarındakı məlumatları da ələ keçirərək hesablarında olan pulların oğurlanmasını və müxtəlif üsullarla xarici ölkələrdəki hesablara köçürülməsini təmin edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.  Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən vətəndaşlardan “102” xidmətinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etmələri xahiş olunur.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Şəfa ilə yazılan ömür yolu – Ələddin həkimin 69 yaşı tamam olur

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu