7 C
Baku
23 Fevral 2026, 18:11
DünyaSiyasət

Rusiya və Cənubi Afrika hərbi əməkdaşlığı genişləndirir

Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov və onun cənubi afrikalı həmkarı Lourens Mbatha əməkdaşlığın genişləndirilməsi və iki ölkə ordusunun döyüş hazırlığının artırılması planlarını müzakirə ediblər.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Cənubi Afrika nümayəndə heyətinin Moskvaya səfəri şəhərin mərkəzində, Kreml divarında “Naməlum Əsgər”in məzarı önünə əklillərin qoyulması ilə başlayıb.

“Danışıqların rəsmi hissəsi Baş Komandanlıq Qərargahında keçirilib. Tərəflər hərbi əməkdaşlıq məsələlərini, iki ölkə ordusunun döyüş hazırlığının artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsini müzakirə ediblər. Görüşdə quru qoşunları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı razılıq əldə olunub”, – deyə nazirlikdən bildirilib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Ramazan qadağalarla başladı

Aynur Camal

Kim Jong Un yenidən Partiyasının lideri seçildi

Aynur Camal

Nüvə danışıqları Yenidən Cenevrədə davam edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu