Mədəniyyət

Məktəblilər arasında müsabiqə keçirilir

Bugun.tv xəbər verir ki, Yasamal rayon Gənclər və İdman İdarəsi məktəblilər arasında “Müstəqil Azərbaycan Heydər  Əliyevin şah  əsəridir” mövzusunda inşa yazı müsabiqəsinə start verib. Müsabiqə 11-17 yaş qrupları üzrə keçirilir. İnşalar 3-5 səhifə həcmində olmalı, Times New Roman şrifti ilə 14 ölçüdə yazılmalıdır. Sonra PDF formatında yazılmalı, sonunda müəllifin adı, soyadı, məktəbin nömrəsi, sinfi qeyd edilməlidir. İnşalar 17 may tarixinədək məktəbin səlahiyyətlilərinə təqdim olunmalıdır.

Bundan başqa Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon orta ümumtəhsil  məktəbliləri  arasında “İnkişaf  edən  Azərbaycan” mövzusunda rəsm müsabiqəsinə də start verilib. Müsabiqə eyni yaş qrupu üzrə keçirilir. Rəsm işləri A3 formatda (vatman kağızının1/4) ağ-qara və ya rəngli sulu boya ilə işlənməlidir. Rəsm işinin fotosu çəkilib, eyni qaydada 17 may tarixinədək təqdim edilməlidir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

“Cəfər Cabbarlı – Müasirimizdir” layihəsinin icrasına başlanılıb

Aynur Camal

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugün TV

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu