Baş xəbərTexnologiya

İstifadə olunmayan hesablar silinir! – GOOGLE AÇIQLADI

Bugun.tv xəbər verir ki, Google uzun müddətdir istifadə olunmayan şəxsi hesabları silməyə başlayacağını açıqlayıb.

Bununla yanaşı, istifadə olunmayan hesablardakı məlumatlar da silinəcək.

Son Haberin məlumatına görə “Bu ilin sonundan başlayaraq, Google hesabı ən azı 2 il ərzində istifadə edilməyibsə, biz hesabı və onun məzmununu, o cümlədən Google Workspace (Gmail, Sənəd, Disk, Meet, Təqvim), YouTube, və Google Fotoları siləcəyik”.

Şirkət açıqlamasında bildirib ki, hakerlər tərəfindən ələ keçirilən köhnə parollar açıla və giriş edilməyən hesablardan zərərli məqsədlər üçün istifadə oluna bilər. Buna görə də Google belə bir qərar qəbul etməli olub.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ABŞ məhkəməsi Pentaqonun Anthropic şirkətini qara siyahıya salmasını qanunsuz saydı

Aynur Camal

Dünyada ən çox satılan smartfonlar açıqlanıb – iPhone 17 zirvədədir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu