Baş xəbərDünya

Fanatik yəhudilərin təxribatçı davranışları davam edir

Bugun.tv xəbər verir ki, İsrailin işğalı altında olan Qüdsdə fanatik yəhudilərin təxribatçı davranışları davam edir.

Qüds günü münasibəti ilə Bayraq yürüşü təşkil edən fanatik yəhudilər bölgədə gərginliyi artırıb.

Minlərlə fanatik yəhudilər “Ərəblərə ölüm”, “Kəndləri bağlayın” kimi irqçi şüarlar səsləndirərək, əllərində İsrail bayraqları ilə Qüdsdəki Dəməşq qapısından Ağlama Divarına qədər yürüş edib.

Dəməşq qapısına toplaşan fanatik yəhudilər yürüşə çıxan jurnalistlərə su şüşələri və bənzər əşyalar atarkən, 2 nəfər saxlanılıb.

İsrail Müdafiə Qüvvələri (IDF) pilotsuz uçuş aparatları ilə fələstinli nümayişçilərə qarşı gözyaşardıcı qaz atıb.

Prezident Mahmud Abbasın sözçüsü Nabil Əbu Rudeynə verdiyi açıqlamada “İslam və Xristianlığın müqəddəsliyi ilə Qüds Fələstin dövlətinin əbədi paytaxtıdır və Fələstin xalqının legitimliyi və tarixi haqqı var” deyib.

Bayraq yürüşünü qınayan Rudeineh bu yürüşü təxribat və gərginləşdirmə kimi qiymətləndirib.

Xatırladaq ki, Bayraq Yürüşü ilə əlaqədar 2021-ci ildə 11 gün davam edən qarşıdurmalar baş verdi.
2021-ci ildə fanatik yəhudilərin təşkil etdiyi Bayraq Yürüşü səbəbiylə İsrail ilə Fələstin arasında 11 gündür davam edən qarşıdurmalar başlayıb və qarşıdurmalarda ən azı 250 Fələstinli və 13 İsrailli həyatını itirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu