11 C
Baku
26 Mart 2026, 19:53
DünyaSiyasət

Ərəb ölkələri İranla mehriban qonşuluğa əsaslanan əməkdaşlığın tərəfdarıdır

Ərəb ölkələri İranla mehriban qonşuluq və gücdən istifadə etməmək prinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarıdır.

Bugun.tv xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb Liqasının Zirvə toplantısında qəbul edilən nəticə sənədində deyilir.

“Ərəb dövlətlərinin liderləri İranla mehriban qonşuluq, güc tətbiq etməmək və ya  hədələməmək, habelə ərəb ölkələrinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar”, – sənəddə deyilir.

Qeyd olunan prinsiplərin pozulması ərəb dövlətləri tərəfindən “beynəlxalq hüququn əsaslarının pozulması” kimi qiymətləndiriləcək.

Ərəb Liqası dövlətləri  2021-2022-ci illərdə Səudiyyə Ərəbistanı ilə İran arasında dialoqun qurulması istiqamətində Oman və İraq Sultanlığının səylərini, eləcə də diplomatik münasibətlərin bərpasına dair razılaşma ilə nəticələnən danışıqlara sponsorluq etmək üzrə Çinin səylərini yüksək qiymətləndirirlər.

“Ərəb dövlətləri əmin olduqlarını bildiriblər ki, bu sazişlər, regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsinə yardım edəcək.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ–İran gərginliyi Vaşinqtonu çətin vəziyyətə salıb

Aynur Camal

Arakçidən tənqid: “İsrailin hərəkətləri qanuni sayılır, İranın müdafiəsi isə qınanır”

Aynur Camal

NATO: İrandan Türkiyəyə yönələn ballistik raketlər uğurla zərərsizləşdirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu