Baş xəbərDünya

Vəliəhd şahzadə orduda hərbi təhsil alacaq

Bugun.tv xəbər verir ki, Belçikanın vəliəhd şahzadəsi Elizabet bu yay ordunun hərbi təlim düşərgəsində iştirak edəcək. 21 yaşlı şahzadə Elizabet iyul ayında düşərgədən əvvəl Kral Hərbi Akademiyasında hazırlıq kursunda iştirak edib.

Kral ailəsi Akademiyada istifadə edilən silahlar dəyişdirildiyi üçün Şahzadə Elizabetin kursda yeni silahlarla hədəfə alma məşqləri etdiyini açıqlayıb.

Şahzadənin xüsusi təyinatlıların istifadə etdiyi tüfənglə atəş açdığı fotolar da yayımlanıb. Belçikalı şahzadə 2021-ci ilin yayında akademiyanın üç həftəlik yay düşərgəsində hərbi təhsil alıb və 1 illik hərbi təlimini başa vurub.

Şahzadə Elizabet həmin ilin oktyabrında İngiltərənin Oksford Universitetində üç illik tarix və siyasət təhsilinə başlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ağ Ev: Yaxın saatlarda İran səmasında tam nəzarət əldə ediləcək

Aynur Camal

ABŞ müdafiə naziri: İranda ibtidai məktəbə hücum araşdırılır

Aynur Camal

“İran ətrafında proseslər region üçün ciddi risk yarada bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu