Baş xəbərDünya

Ukrayna Rusiyaya qarşı hücuma hazırlaşır

Bugun.tv xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, ruslara qarşı əks-hücum tezliklə başlayacaq.

Rusiyaya qarşı hücuma hazırlaşan Ukraynadan yeni açıqlama gəlib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov əks-hücumun tezliklə başlayacağı mesajını verib.

Ukrayna rəsmisi bildirib ki, hücum “sabah, ertəsi gün və ya bir həftə ərzində” başlaya bilər.

Son həftələrdə həm öz ərazisində, həm də sərhədləri aşaraq Rusiyaya qarşı hücumlar həyata keçirən Ukraynadan əks-hücumun yeni videosu gəlib.

Ukrayna Baş Qərargah rəisi “Bizim olanı geri almağın vaxtıdır” sözləri ilə yeni video paylaşıb.

Videonun yayılması ilə Ukraynanın qısa zamanda hücuma keçə biləcəyi bildirilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu