Baş xəbərSiyasət

“İsrail haqq işinə dəstək olan ölkələrdəndir”

İsrail Prezidentinin Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda iqtisadi-starteji münasibətlərin inkişafı baxımdan da vacibdir.

Bugun.tv xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur.

“İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.

Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85.0 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb.

İsrail Vətən Müharibəsində Azərbaycanın haqq işinə dəstək olan ölkələrdəndir.

Strateji tərəfdaşlığımız müharibədən sonrakı, quruculuq mərhələsində də davam edir. Dostluğumuz və əməkdaşlığımız daimi olsun”.

Aynur Camal

Oxşar xəbərlər

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran Azərbaycana nümayiş etdirdiyi davranışın cavabını almalıdır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Türk Birliyinin hərbi müstəvidə təşkilatlanması mərhələsinə start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu