Baş xəbərKriminal

Ötən gün baş verən cinayətlərin xülasəsi

Daxili İşlər Nazirliyi məlumat yaydı

DİN-in mətbuat xidmətindən Bugun.tv-yə verilən məlumata görə, ötən gün ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
– Axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
– Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
– Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu