gülən kərtənkələ
Baş xəbərMaraqlı faktlar

Yeni kərtənkələ kəşf edildi: Uçur və gülümsəyir

Bugun.tv xəbər verir ki, alimlər Hindistanda ağacdan ağaca uçan və gülən yeni kərtənkələ növünü kəşf ediblər. Belə ki, tədqiqatçılar Hindistanın şimal-şərqində gekkon populyasiyalarını araşdırarkən iri gözlü, gülümsəyən sürünənlər görüblər. Bu canlının elmi adı Gekko Mizoramensisdir. Amma elm adamları mini kərtənkələləri ağacdan ağaca sürüşmək vərdişlərinə görə “paraşüt kərtənkələləri” adlandırıblar.

Heyvanlar havada sürüşmək üçün bədənlərinin və quyruqlarının yanındakı dəri üzgəclərindən istifadə edirlər. Onlar Banqladeş, Myanma, Tayland və Kambocada yaşayırlar. Lakin tədqiqatçılar yeni növləri ilk dəfə Hindistanda görüblər.

Bu kərtənkələnin yerdən təxminən 150-360 santimetr yüksəklikdə olduğunu müəyyən edilib. Araşdırmaya görə, o ən çox alaqaranlıqda ortaya çıxır və tarakan, güvə kimi həşəratlarla qidalanır.

Mənbə: Nature

Aynur Camal

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

ABŞ səhrasında “parçalanmış Eyfel qülləsi” quruldu – səbəbi təəccübləndirir

Aynur Camal

Mühəndislərin qeyri-adi həlli: Dünyanın ən hündür körpüsündən 625 metrlik süni şəlalə axır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu