Baş xəbərDünya

Pensiya yaşı 64 oldu

Bugun.tv xəbər verir ki, Fransada pensiya müddətini 2 il artıran islahatla bağlı qaydalar rəsmi olaraq qüvvəyə minib.

Ensonhaberin məlumatına görə, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan tənzimləmə ilə bağlı fərmanlar rəsmi qəzetdə dərc olunub.

Ölkə daxilində kütləvi etirazlara və gərgin müxalifətə baxmayaraq, parlamentdə səsvermə olmadan qəbul edilən qanunun geri götürülməsini nəzərdə tutan qanun layihəsi iyunun 8-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, sözügedən yaşın artırılması ilə bağlı fərman həmkarlar ittifaqlarının qərarı ilə iyunun 6-da 14-cü dəfə keçiriləcək kütləvi etiraz aksiyalarından iki gün əvvəl verilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Bakı Hindistanın Divali bayramının rəngarəng ab-havasına büründü

Aynur Camal

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Aynur Camal

Birinci vitse-prezident Zəfər Günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu